Azərbaycanda 8 yaşlı uşağı maşın vurub

13 Fevral 2019 23:12

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, rayonun Qızılhacılı kəndində 8 yaşlı R.Məmmədovu avtomobil vurub.

Yaralı, sürücü tərəfindən xəstəxanaya aparılıb. Tibbi yardım göstərilən uşağın vəziyyəti hazırda normaldır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az