İranda terror: 41 ölü - YENİLƏNİB

13 Fevral 2019 22:59

22:59

İranın cənub-şərqində baş verən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Fars News" agentliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri və dinc sakinlər də daxil olmaqla ölənlərin sayı 41 nəfərə çatıb".

---------

20:51

İranın cənub-şərqində terror aktı törədilib.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun avtobusu terrorçuların hücumuna məruz qalıb.

Partlayışda ən azı 20 hərbçi ölüb, daha 20 nəfər yaralanıb.

Partlayışa görə, heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az