Azərbaycanda Qlobal Korrupsiya Barometrinin hesabatına görə respondentlərin 95 faizi rüşvət vermir

13 Fevral 2019 20:47

Azərbaycanda çirkli pulların yayılmasına qarşı həm qanunvericilik bazası, həm də güclü nəzarət mexanizmi var.

Milli.Az report-a istinadən bildirir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov "Facebook" sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, Qlobal Korrupsiya Barometri tərəfindən hazırlanan hesabatda Azərbaycanda respondentlərin 95 faizinin rüşvət vermədiyi barədə statistika açıqlanıb: "Bu hesabat, təbii ki, bizə aid deyil. Bu, beynəlxalq təşkilatın hazırladığı hesabatda göstərilib. Bununla yanaşı, istənilən korrupsiya faktı ilə qarşılaşan vətəndaşlar bizim Komissiyaya və 161 "Qaynar xətt"inə müraciət edə bilərlər".

Milli.Az