2 avtomobil toqquşdu: sürücü öldü

13 Fevral 2019 20:10

Balakəndə ölümlə nəticələnən qəza olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qasbinə kəndində "Toyota" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Alqayev Samir Nürəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az