"Azərbaycanda vergi və gömrük sahəsində şəffaflıq tam təmin edilib"

13 Fevral 2019 20:40

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya hər şeydən əlavə vətəndaşları narahat edən problemləri ümumiləşdirib komissiyanın gündəliyinə çıxarır. 

Milli.Az report-a istinadən bildirir ki, bunu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov "Facebook" sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib. 

Onun sözlərinə görə, vergi və gömrük sahəsində, o cümlədən sahibkarlar üçün şəffaflıq tam təmin edilib: "Ümumilikdə, bu sahədə Azərbaycanda bir il ərzində xeyli iləliləyişlər əldə olunub". 

Milli.Az