Çexiya Azərbaycanla birgə turist axınının artırılmasında maraqlıdır

13 Fevral 2019 19:45

Çexiya Azərbaycanla birgə turist axınının artırılmasında maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

M.Ekert bildirib ki, Çexiya, həmçinin artıq populyar olan Praqa, Karlovı Varı və Bakı kimi istiqamətlərdən kənarda turist axınının artırılmasında maraqlıdır:

"Bu sahədə müsbət nəticələrin əldə olunması üçün Çexiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda ekoloji turizmin inkişafı üçün ekspertlərin cəlb olunmasında kömək imkanlarını nəzərdən keçirir".

Səfir əlavə edib ki, bu imkanlardan biri Çexiyanın turizm markalaması (məsləhət görülən turist marşrutlarının qeyd olunması üçün xüsusi şərti işarələr sistemi) sahəsində təcrübəsinin tətbiq olunması ola bilər.

Milli.Az