“ANS”-in tanınmış aparıcısı övladlığa uşaq götürür - FOTO

13 Fevral 2019 18:36

Məşhur aparıcı Qənirə Ataşova qız övladı ilə bağlı status paylaşıb.

Milli.Az orman.az-a istinadən xəbər verir ki, paylaşımda o, qızının olmadığına təəssüflənir, lakin hər insanın dünyaya iki övlad gətirməli olduğunu deyir. Özünün iki oğlu olduğundan dolayı yolla 3-cü uşağı övladlığa götürmək istədiyini bildirir:

"Hər bir ananın bir qızı olmalı, amma mənim olmadı. Oğlanlarım, ana biz olan yerdə qıza gərək yoxdu, vədini verir. Mən isə bir qızım da olsun, istəyirəm. Düşünürəm hər ana iki uşaq dünyaya gətirməli. 3-cü mütləq övladlıq edilməli".

Milli.Az