"Yuventus"un futbolçusu Litva klubuna keçdi

13 Fevral 2019 20:24

"Yuventus"un qolkiperi Laurentis Branesku karyerasını Litvada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı qapıçı Zalgiris klubuna icarəyə verilib. Branesku mövsümün sonuna qədər "Zalgiris"in uğurları üçün çalışacaq.

2011-ci ildə "Yuventus"a transfer olunan Branesku, əsas komandayla heç bir rəsmi qarşılaşmada iştirak etməyib.

Milli.Az