Məşhur veriliş bu tarixdə başlayacaq

13 Fevral 2019 20:36

"Güldür Güldür" şou uzun aradan sonra yenidən yayımlanacaq. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Ali Sunal bu barədə sosial media hesabında yazıb:

"Gülümsəmənin dəyişməyən ünvanı "Güldür Güldür" 16 fevralda başlayır. Özünüzü xoşbəxt etmək istəyirsinizsə, gözləyirik"

Qeyd edək ki, bu mövsüm proqrama Emre Altuğ, Evrim Akın, Sinan Çalışkanoğlu ve Açelya Topaloğlu kimi məşhurlar da qatılıb.

Milli.Az