İran televiziyasından "Mançester Yunayted"in embleminə senzura

13 Fevral 2019 17:36

İran televiziyası İngiltərənin "Mançester Yunayted" klubunun embleminə senzura tətbiq edib.

Milli.Az "report"a istinadən verdiyi məlumata görə, klubun embleminə Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-si ilə matça həsr olunan verilişdə müdaxilə olunub. Bildirilir ki, telekanalın rəhbərliyi İngiltərə klubunun loqotipindəki şeytan obrazını qəbuledilməz sayıb.

Əvvələr İranın dövlət televiziyası İtaliyanın "Roma" klubunun loqotipinə qarşı senzuratətbiq edib.

Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək.

Milli.Az