Sevda uşaqlıq fotosonu paylaşdı

13 Fevral 2019 17:28

Müğənni Sevda Sanaliyeva arxiv fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı paylaşımına "Bu qızı çox sevirəm, çünki hələ də dəyişilməyib. Anlayana" deyə, şərh yazıb.

İfaçının kimə söz atdığı isə məlum olmayıb.

Qeyd edək ki, ötən gün prodüser Tarix Əliyev onu tənqid etmişdi.

Milli.Az