Türk məşhurun məhkəməyə verdiyi Səidə Dadaşovanın ƏRİ DANIŞDI

13 Fevral 2019 17:12

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Dəniz Seki "Hayat iki bilet" adlı mahnını icazəsiz oxuduğu üçün Xalq artisti Rafael Dadaşovanın qızı Səidə Dadaşovadan prokurorluğa şikayət edib.

Milli.Az bildirir ki, publika.az məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb. Telefona cavab verən müğənninin həyat yoldaşı Məhəmməd bəy Səidə Dadaşovanın bu barədə danışmaq istəmədiyini deyib:

"Səidə xanım yatıb, sabahkı konsertinə hazırlaşır, işi-gücü aşıb-daşır. Xahiş edirəm ki, konsertdən əvvəl kefini pozmayaq. İkincisi də, türkiyəli müğənnilər dəfələrlə Azərbaycan mahnılarını ifa edib. Belə çıxır ki, biz də onları məhkəməyə verməliyik?".  

Milli.Az