“Həyatım qondarma yalanlarla doludur” - Nisə Qasımova ağladı

13 Fevral 2019 17:08

Bu gün xalq artisti Nisə Qasımova "Şou ATV" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı sənətçinin anası ilə bağlı videogörüntülər sərgilənib.

Sənətçi görüntülərə baxandan sonra göz yaşlarını saxlaya bilməyib.

"Anamsız güclə yaşayıram, bugünüm üçün yalandan bəzənmişəm, anamdan sonrakı həyatım qondardığım yalanlarla doludur. Ana başqa dünyadır, kainatda onu əvəz edən heç bir məxluq yoxdur" deyə,  Qasımova söyləyib.

Qeyd edək ki, bu gün xalq artistinin 65 yaşı tamam olur.

Milli.Az