Nazir: "Səudiyyə Ərəbistanı neft istehsalını daha çox azaldacaq"

13 Fevral 2019 23:02

Səudiyyə Ərəbistanı xam neft hasilatını daha çox azaldacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Financial Times"a müsahibəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib. Nazir bildirib ki, dekabr əldə olunan razılaşma çərçivəsində ölkəsi neft hasilatını götürdüyü öhdəlikdən daha çox azaldacaq.

OPEC-in hesabatına görə, yanvarda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barrel azalaraq 10 milyon 213 min barrelə düşüb.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub.

Milli.Az