Ağ örpəyə bürünmüş Qaranohur gölündən FOTOREPORTAJ

13 Fevral 2019 22:29

Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür.

Dəniz səviyyəsindən1520 metr hündürlükdə yerləşən bu dağ gölü turistik gəzinti həvəskarlarının ən sevimli məkanlarındandır.

Göl İsmayıllı şəhərindən şimal-şərq istiqamətdə 8 kilometr məsafədə yerləşir. Öz təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir.

Hazırda gölü görmək istəyən ekoturizm həvəskarları üçün piyada gəzintilər təşkil edilir. Bu gəzinti Talıstan kəndindən başlamaqla gözəl təbiət mənzərəli yerlərdən keçərək piyada 2-3 saat davam edir.

Bu gölün minerallığı çox yüksəkdir. Bu səbəbdən kənd təsərrüfatı üçün yararlı deyil. Gölün özəlliklərindən biri də odur ki, sahildən uzaqlaşdıqca suyun şəffaflığı artır və bu, gölün ortasında maksimum həddə çatır. Yayda suyun orta temperaturu 15 dərəcə olur.

Dağlıq ərazidə yerləşdiyindən qış aylarında göl ətraf ərazi ilə bərabər ağ örpəyə bürünür və üzəri qalın buz bağlayır.

Milli.Az AZƏRTAC-a istinadən fotoqraf İradə Qədirovanın bu günlərdə Qaranohur gölünə ekskursiya zamanı çəkdiyi şəkilləri təqdim edir.

Milli.Az