"Real"da ciddi itki - "Ayaks"la oyunu buraxacaq

13 Fevral 2019 15:42

İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə qarşılaşacağı Hollandiya "Ayaks"ı ilə matçdan öncə daha bir itki ilə üzləşib.

Milli.Az "report"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin aparıcı futbolçularından hesab olunan Rafael Varan bu görüşdə iştirak etməyə bilər. 

26 yaşlı müdafiəçi qripə yoluxduğu üçün komandanın sonuncu məşqində iştirak etməyib. Varanın yerinə həmin matçda Naço Fernandesin iştirak edəcəyi gözlənilir. Bu məsələ ilə bağlı yekun qərar oyundan öncə veriləcək. 

Qeyd edək ki, "Ayaks" - "Real Madrid" matçı bu gün Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. İspaniya klubunun heyətində Markos Lyorentenin bu oyunu buraxacağı dəqiqdir. İsko və Xesus Valyexonun durumu isə sual altındadır.

Milli.Az