İstanbulda yaşayış binasından sakinlər təxliyə olunur - Uçulma təhlükəsi

13 Fevral 2019 15:58

Türkiyənin İstanbul şəhərində yaşayış binalarının birindən sakinlər təxliyə olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bahçelievler rayonunda yerləşən binada səhər saatlarında çatlar qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Xatırladaq ki, fevralın 6-ı Kartal rayonunda binanın uçması nəticəsində 21 nəfər həlak olmuşdu.

Milli.Az