BP-də nə qədər Azərbaycan vətəndaşı çalışır?

13 Fevral 2019 15:02

2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Milli.Az xəbər verir ki, BP-dən Trend-ə verilən məlumata görə, 2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. Bu öhdəlik ilin ortasına yerinə yetirilib.

Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Qeyd olunur ki, BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Milli.Az