Nadir canlı yayımda xoşagəlməz olayla qarşılaşdı - Əlindən dəsmal düşmədi - FOTO

13 Fevral 2019 14:30

İki gün öncə 48 yaşı tamam olan Nadir Qafarzadə üçün "5/5"in efirində ad günü ziyafəti verilib. 

Milli.Az xəbər verir ki, verilişə N.Qafarzadənin ən yaxın sənət yoldaşları təşrif buyurub.

Canlı yayımda yemək masası arxasında əyləşən məşhurların hər dəqiqəsi tamaşaçıların böyük marağına səbəb olub. Orada ən diqqət çəkən məqam isə səbəbkarın əl-üz dəsmalı ilə veriliş boyunca tez-tez tərini silməsi olub.

Zaur Kamal axırda Nadirə "Bəsdir də kirini sildin" deyərək reaksiya verib. Aparıcının sözləri hər kəsin gülüşü ilə qarşılanıb.

Bu da verilişdən sözügedən kadrlar:

Məhəmməd Vaqif
Milli.Az