Ölən futbolçunun voleybolçu sevgilisi üzə çıxdı - FOTO

13 Fevral 2019 14:14

Uelsin "Kardiff Siti" klubu ilə anlaşdıqdan sonra Britaniyaya uçarkən təyyarəsi Manş dənizinə düşən Emiliano Salanın gizli sevgilisi üzə çıxıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 31 yaşlı voleybolçu Luiza Unqererlə sevgili olduğu müəyyənləşib.

Uzun illər Fransanın "Nant" klubunda çıxış edən, hazırda "Beziers Angels"də forma geyinən Unqerer ilk dəfə açıqlama verib. Voleybolçu xanım Sala ilə 2017-ci ildən birlikdə olduqlarını və Fransada oynayarkən tanış olduqlarını deyib: "Mənə "Kardiff Siti" ilə anlaşdığını deyəndə çox xoşbəxt idi. Çünki arzusu onun fikrincə dünyanın ən yaxşı çempionatı olan Premyer Liqada oynamaq idi. Onunla fəxr edirəm".

Qeyd edək ki, Salanın cəsədi bir neçə gün əvvəl La Manş boğazından çıxarılıb.

Milli.Az