Limanda 4 yük qayığına od vurdular

13 Fevral 2019 13:54

"İranın cənubunda yerləşən Buşehr vilayətinin Amiri Təngistan limanında 4 ədəd yük qayığı yandırılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Buşehr vilayəti Limanlar və Dənizçilik İdarəsinin yanğınsöndürmə üzrə mütəxəssisi İman Ziyarəti deyib.

İ.Ziyarətinin sözlərinə görə, yanğının səbəbi araşdırılır. Mütəxəssis yanğının qəsdən törədilməsi ilə bağlı şayiələrin olduğunu bildirib.

Milli.Az