"Zidan" "Çelsi"də?

13 Fevral 2019 13:32

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Çelsi"ni çalışdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi istefaya göndərməyə hazırlaşdığı Mauritsio Sarrinin əvəzinə komandaya fransalı mütəxəssisi gətrməyi planlaşdırır.

Qeyd edək ki, "Çelsi"nin İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti"yə 0:6 hesablı məğlubiyyətindən sonra 60 yaşlı mütəxəssisin istefaya göndəriləcəyi xəbərləri yayılıb.

Milli.Az