28 yaşlı qadın 6 yaşlı uşaqla cinsi əlaqədə olub, video çəkdi - FOTO

13 Fevral 2019 14:10

Virciniyalı qadın pedofilliyinə görə ömrünün qalan 40 ilini həbsxanada keçirəcək.

Milli.Az Foxnews-a istinadla xəbər verir ki, ABŞ-ın Virciniya ştatında yaşayan 28 yaşlı Christine Alyce Slayman adlı qadın uşaq pornosu yaydığına görə 40 il müddətinə azadlıqdan məhrum edilib.

O, 6 yaşlı uşağa qarşı etdiyi seksual xarakterli hərəkətləri mobil telefonu ilə kameraya çəkib, yayıb.

Aparılan araşdırmalar zamanı onun evindən 20-dən çox uşaq porno videosu tapılıb.

Məlum səbəblərə görə, videodakı uşağın adı açıqlanmır.

Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

Emin
Milli.Az