Azərbaycanlı müğənninin ikinci övladı dünyaya gəldi - FOTO

13 Fevral 2019 13:13

Müğənni Aytac Vidadiqızı ikinci dəfə ana olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı özü xəbər verib. O bildirib ki, övladı ötən gün dünyaya gəlib.

Oğlu olan Aytac "Gəlişinlə həyatımızı işıqlandırdın... Sayəndə ailəmiz böyüdü" deyə, paylaşımında vurğulayıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Canberk Coşquntuna ilə ailəli olan Aytacın bir qız övladı da var.

Milli.Az