Həyat yoldaşı Anar Nağılbazın məktubunu qəbri üstə oxudu: "Ailəmizi qoruyaq..." - VİDEO - FOTO

13 Fevral 2019 11:45

ARB TV-nin "Show news" proqramına müraciət edən reper Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva mərhumun yazdığı məktubunu tapdığını deyib.

Milli.Az bildirir ki, o, məktubu reperin qəbri üstündə oxuyub:

"Hər şeydən uzaqlaşıb məscidə gedib namaz qılacam. Ağıllı işlər görərək ailəmizi qoruyaq. Yoldaşım, ailəm mənimçün əzizdir. Bəli, mənim də səhvlərim olub. Yaşadığımız yaxşı günlərin eşqinə uşaqlarımız üçün, parlaq gələcək qurmaq naminə, hər nə olur olsun ailəmi, yoldaşımı heç kimə, heç nəyə dəyişməyəcəyəm. Keçmişdən ancaq yaxşıları xatırlayaq".

Anjelika Cəbiyeva mərhum reperin məktubda ondan şans istədiyini də deyib:

"Anar, mən bu məktubu çox gec tapdım, amma uşaqlarımıza yadigar saxlayacağam. Məktubda məndən şans istəyib. Uşaqlarıma görə ona şansı verərdim".

Videonu izləmək üçün şəklə klikləyin:
"Uşaqlarımıza görə ona şans verərdim" - Həyat yoldaşı Anar Nağılbazın məktubunu qəbri üstə oxudu

Milli.Az