"Grammy"də qələbədən sonra söyüldü, küsdü, İnstagram-dan getdi - VİDEO - FOTO

13 Fevral 2019 12:17

Məşhur amerikalı hip-hop və rep ifaçısı, əsl ad və soyadı Belkalis Almanzar olan Kardi Bi İnstagram-dakı profilini qapadıb. Profilin 40 milyondan artıq daimi təqibçisi vardı.

Milli.Az bildirir ki, 26 yaşlı müğənninin belə gözlənilməz addım atmasının səbəbi ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş 61-ci "Grammy Awards" mərasimində "Invasion of Privacy" albomuna görə "İlin ən yaxşı rep-albomu" nominasiyasında qalib gəlməsidir.

Bu qələbə sərt tənqid olunub. İnstagram istifadəçilərinin fikrincə, Kardi Bi bu mükafata layiq deyil.

Profilini bağlamazdan əvvəl müğəni videosunu paylaşaraq deyib: "Məni haqsız tənqid edir, söyürsünüz. Albom hamilə olduğum zaman yazılıb. Üstəlik, "Invasion of Privacy" iki dəfə "Platin albom" sayılıb. Albomdakı mahnılar isə dəfələrlə musiqi çartlarına düşüb. Hamilə olmağıma rəğmən, albomla bağlı studiyada qul kimi çalışdım. Üç ay studiyada işlədim. Elə yorulmuşdum ki, yorğunluqdan dörd gün sərasər yatdım. Hamiləlik səsimə də təsir etdi".

Kardi Bini sərt tənqid edənlər arasında 25 yaşlı Ariana Qrande də var. "Grammy" nominantları arasında onun sabiq sevgilisi, ötən il vəfat etmiş Mak Millerin adı da vardı.

Qrandenin fikrincə, Kardi Bi "istedadsız adam, əsl zibildir".

Epataj müğənni olan Kardi Bi sürəkli olaraq həmkarları ilə dava edir. 9 ay əvvəl o, Azaliya Benks ilə dalaşandan sonra İnstagram profilini qapatmışdı. Altı ay əvvəl isə o, reper Niki Minajla dalaşmışdı.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az