Adrianadan Metinə daha bir zərbə

13 Fevral 2019 11:52

Model Adriana Lima türk sevgilisi Metin Haradan ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikili ayrılıqdan sonra sosial mediada da bir-birini silib.

Limanın son addımı isə ayrılıq xəbərlərinin doğru olduğunu göstərib. Belə ki, Adriana Metinin valideynlərini də İnstaqramda izləmədən çıxarıb.

Qeyd edək ki, modelin artıq keçmiş sevgilisi Julian Edelmanla barışdığı deyilir.

Milli.Az