Adnan Oktarın keçmiş "kediciyi" - 9 ilim kabus kimi keçdi

13 Fevral 2019 21:47

Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilən və peşmanlıq qanunundan istifadə edərək azadlığa çıxan Beril Koncagül yaşadığı 9 illik əsarətdən danışıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, keçmiş "kedicik" başına gələnlər barədə "Kanal D" telekanalında məlumat verib.

"O illər robot kimi idim. Bu adamın azadlığa çıxmaması lazımdır. Həm döyür, həm də saçımdan tutub sürütləyirdi. Belə söyüş, belə təhqirləri heç yerdə eşitməmisiniz", - deyən Koncagül şok açıqlamalar verib.

Keçmiş "kedicik" istismara məruz qaldığını, döyüldüyünü qeyd edərək "Mənim üçün azadlıq həbsxanada başladı" deyib. Koncagül qeyd edib ki, həbsdən çıxan kimi qayığa minib və gülüşlərin, Adnana edilən iltifatların süni olduğunu bildirib. Beril 5 dəfə qruplaşmadan qaçmağa cəhd etdiyini, Adnan Oktarın həbsdən çıxmaq üçün hər yola əl atacağını vurğulayıb.

Milli.Az