Əvvəllər məhkumluq yaşayan müğənni Dadaşovanı prokurorluğa şikayət etdi

13 Fevral 2019 12:01

Türkiyəli məşhur müğənni Dəniz Seki Səidə Dadaşovadan prokurorluğa şikayət ünvanlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Dəniz Seki "Hayat İki Bilet" adlı mahnını icazəsiz olaraq telekanallarında səsləndirən Səidə Dadaşovadan şikayət edib. Məşhur ifaçı şikayət ərizəsində bildirib ki, mahnı ondan xəbərsiz istifadə edildiyi üçün mənəvi haqlarına təcavüz olunub.

Hadisə ilə bağlı araşdırma aparan İstanbul Fikri Sinai İstintaq Bürosu Dadaşovanın sözügedən mahnını ARB kanalında ifa etdiyini təsdiqləyib. Ancaq prokurorluq Dəniz Sekinin məhkəməyə müraciət etməli olduğunu və cinayət sanksiyası olmadığını bildirib. Odur ki, istintaq nəticəsiz qalıb.

Milli.Az