Sıla Ahmetə görə küsdüyü müğənni ilə barışdı

13 Fevral 2019 11:01

Müğənni Sıla yaxın rəfiqə olduğu Ziynet Sali ilə barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə radioların birində qonaq olan Sali məlumat verib.

"Başına gələn pis hadisədən sonra Sılaya zəng etdim. Aramızdakı küskünlük bitdi" deyə, Ziynet söyləyib.

Qeyd edək ki, Sıla rəfiqəsi Ziynetlə sevgilisi Ahmet Kurala görə küsmüşdü.

Milli.Az