Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs tutuldu - VİDEO - FOTO

13 Fevral 2019 10:58

Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb. 

Şirvanda 18 yaşlı gənc atasının işlədiyi mağazanın qarşısında qətlə yetirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb. 

Videonu izləmək üçün şəklə klikləyin:
18-летнего студента БГУ убили перед магазином, где работает его отец

Milli.Az