İranda yol qəzası: 4 nəfər öldü, 2 nəfər yaralandı

13 Fevral 2019 11:16

İranın Qum-Kaşan avtomagistralında dəhşətli yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Pride" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə "Pride" avtomobilinin biri uşaq olmaqla 4 sərnişini hadisə yerində keçinib. Yük maşınının iki sərnişini yaralanıb.

Hadisə yerinə təcili yardım maşını ilə bərabər vertolyot da ezam olunub.

Milli.Az