Yıldız Tilbedən özünə qəribə qadağa: "Yoxsa, öləcəm"

13 Fevral 2019 09:58

Müğənni Yıldız Tilbe Uludağ istiqamətində səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tamaşaçılarını bir-birindən maraqlı mahnıları ilə heyran edən Yıldız eyni zamanda gözlənilməz açıqlama verib.

Sənətçi bildirib ki, bundan sonra rəqs etməyi özünə qadağa qoyub:

"Mahnı eşidən kimi özümü saxlaya bilmirəm. Amma bundan sonra özümə rəqs etməməyi əmr etmişəm. Çünki bir gün rəqs edərkən öləcəm".

Milli.Az