"Mbappenin məni baba olaraq görməsi normaldır" - Buffon

13 Fevral 2019 09:49

PSJ-nin qapıçısı Canluici Buffon komanda yoldaşı Kilian Mbappe ilə münasibəti haqqında açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, italiyalı futbolçu, Mbappenin "Xoşbəxt illər, Cici baba" mesajı ilə bağlı danışıb:

"Mbappenin məni baba olaraq görməsi normaldır. Onun hələ 20 yaşı var. Məni bir ata, ya da, baba kimi görə bilər. Fikrimcə, bu, olduqca xoş bir vəziyyətdir. Onunla meydanda dost kimiyik və özümüzü eyni yaşdaymışıq kimi göstərməliyik. Hamımız yaşıl  meydanlarda mübarizə aparırıq. Ona görə də, mənim də olduğumdan daha gənc davranmağım şərtdir".

41 yaşlı qolkiper gənc futbolçulara kömək etdiyini deyib:

"Karyeram ərzində bir çox möhtəşəm an yaşadım. Gənc futbolçu olduğumda, nisbətən daha peşəkar olduğum zamanlarda və indi veteran olarkən də. Mənə verilən tapşırıq nə olursa, qəbul edirəm. İndi gənc futbolçuları izləyirəm və təcrübəli biri olaraq, onlara kömək etmək xoşuma gəlir".

Milli.Az