"POLİS" QARDAŞLAR evdə həmcinsləri ilə cinsi əlaqədə olarkən TUTULDULAR - FOTO

13 Fevral 2019 10:10

Türkiyənin Karaman vilayətində homoseksual olduqları deyilən və internetdə tanış olduqları şəxslərlə cinsi əlaqədə olan 2 qardaş, polis əməkdaşlarının təşkil etdikləri əməliyyat zamanı saxlanılıblar.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, adlarının Murat Ç. (24) və Mehmet Ç. olduğu bildirilən şəxslər sosial şəbəkələrdə tapdıqları kişilərlə pul qarşılığında əlaqədə olduqları təsdiqini tapıb.

Şübhəli Murat Ç. və Mehmet Ç.-ni izləyən polis, şübhəlilərin qaldığı kiralıq mənzilə basqın edib. Qardaşlar nəzarətə götürülüblər.

Şübhəlilərdən Mehmet Ç. ifadəsi zamanı "Tələbəyəm. Karamana gəldim. Binada qonşularımıza polis olduğumuzu demişdik" deyib.

İstintaq davam edir.

Məhəmməd Vaqif
Milli.Az