Çempionlar Liqası: "Real" "Ayaks"a, "Borussiya" "Tottenhem"ə qarşı

13 Fevral 2019 09:34

Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə da 2 qarşılaşma keçiriləcək.

Turnirin son qalibi "Real" 1/8 finala səfər matçı ilə start verəcək. "Kral klubu" Amsterdamda "Ayaks"ın qonağı olacaq.

Gecənin ikinci oyununda isə "Tottenhem" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

13 fevral

00:00. "Ayaks" (Hollandiya) - "Real" (İspaniya)

00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

12 fevral

"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) - 0:2

"Roma" (İtaliya) - "Porto" (Portuqaliya) - 2:1

Milli.Az