"Moskva vilayətində bu Azərbaycan məhsullarına tələbat var" - Nazir açıqladı

13 Fevral 2019 09:24

"Azərbaycan məhsullarına Rusiya bazarında böyük maraq var. Bir qrup insanlar Rusiyada sadəcə, məhz Azərbycan məhsullarına üstünlük verir. Bu planda iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Buna həm də nəqliyyat karidorlarının artması və körpünün inşası təkan verir".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Moskva vilayətinin Kənd təsərrüfatı və ərzaq məhsulları naziri Andrey Razin deyib.

O, qeyd edib ki, Rusiya üçün Azərbaycan bazarı maraqlı olduğu kimi, Azərbaycan vasitəsi ilə açılan digər ölkələrin bazarları da cəlb edicidir: "Yeni tikilən körpü vasitəsi ilə həm Azərbaycan, həm də əks istiqamətdə ticariyyət dövriyyəsi dəfələrcə qalxacaq, hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək"-deyə nazir vurğulayıb. Azərbaycan məhsullarının Moskva vilayətində kifayət qədər təqdim olunması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, məhsullar yetərincədir: "Tələb olunan məhsullar icərisində öncəlik meyvə tərəvəzə verilir. Bu, Azərbaycan məhsullarının ilk öncə keyfiyyətcə tanınmasıdır. Tələb var, təklif isə artmalıdır. Azərbaycan Rusiya məhsullarının dünya bazarına çıxmasında da böyük rol oynayır. Belə ki, Azərbaycan vasitəsi ilə Rusiya istehsalının İrana, oradanda Hindistana kimi yayılma imkanı var. Bu baxımdan Azərbaycan Rusiya üçün nəqliyyat-loqistika məkanına çevrilə bilər. Bu isə iki ölkə arasınada ticariyyət dövriyyəsinin son dərəcə artımına səbəb olacaq", - deyə A. Razin vurğulayıb. 

Milli.Az