Selena Qomes dərddən qurtuldu, kökəldi - FOTO

13 Fevral 2019 16:46

Məşhur amerikalı müğənni Selena Qomes depressiyadan qurtulub. Üstəlik, o, bir qədər kökəlib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 26 yaşlı Selena Qomes Meksikada yaxın rəfiqəsinin toyuna qonaq olub.

İnstagram-dakı profilində yeni fotolarını paylaşan S.Qomesin kökəldiyi nəzərdən qaçmayıb.

"Ən yaxşı, ən yaxın rəfiqəm ərə gedir. Onu təbrik edirəm. Gələcək Lopesə uğurlar!", - Selena Qomes İnstagram profilində yazıb.

Aylar əvvəl depressiyaya düşmüş Selena Qomes reabilitasiya mərkəzində müalicə olunmuşdu.

Milli.Az