Heç bir amil Ərdoğanın qərarını dəyişdirə bilməz - Ekspert

13 Fevral 2019 09:19

ABŞ Rusiya-Türkiyə danışıqlarının hər mərhələsində S-400 müqaviləsinin qarşısını almağa çalışıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı mütəxəssis Vladimir Fitin çıxış edib.

"ABŞ Türkiyənin S-400 almaması üçün hər yolu sınayıb. Yeni bir şey baş verməyib, onlar bu siyasətinə davam edir. Ancaq türkiyəli rəsmilərin, xüsusən də Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına əsasən, heç bir xarici təsir və ya başqa bir amil bu qərara təsir edə bilməz", - Fitin qeyd edib.

Milli.Az