“Benzema dünyanın ən yaxşı hücumçusudur”

13 Fevral 2019 09:09

"Real"ın prezidenti Florentino Peres açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, klub sahibi komandanın heyətindən razı olduğunu deyib:

"Dünyanın ən yaxşı heyətinin bizdə olduğunu, layiq olduğumuz titulları qazandığımızı düşünürəm.

Bəzən mətbuatda "Real"ın hücumçuya ehtiyacı olduğuna dair xəbərlər oxuyuram. Bu fikirlərlə razı deyiləm. Kərim Benzema dünyanın ən yaxşı hücumçusudur. Biz gələcəkdə daha əhəmiyyətli rol oynayacaq gənc futbolçular transfer etməyə çalışırıq".

Milli.Az