Lavrov və Pompeo Suriya, Əfqanıstan və Koreya yarımadası barədə müzakirələr aparıblar

13 Fevral 2019 08:29

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rəsmilər Suriya, Əfqanıstan və Koreya yarımadası barədə müzakirələr aparıblar.

Tərəflər BMT Təhlükəsizlik Şurasının Suriya məsələsinin həlli ilə bağlı qəbul etdiyi 2254 nömrəli qətnamə barədə ikitrəfli dialoqun davam etdirilməsinin əhəmiyyətli olduğu ilə razılığa gəliblər.

Milli.Az