Makedoniyanın adı dəyişdi - RƏSMİ

13 Fevral 2019 08:12

Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və keçmiş Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.

Bundan əlavə, Konstitusiyaya edilən dörd dəyişiklik Parlament tərəfindən qəbul olunub. Bu isə ölkənin adının rəsmi olaraq dəyişməsi deməkdir.

Xatırladaq ki, Yunanıstan və Makedoniya sonuncu adı barədə sazişi 2018-ci ilin iyun ayında imzalayıb. Saziş faktiki olaraq Twitter Makedoniya üçün NATO və Avropa İttifaqına daxil olmağa imkan verir.

Milli.Az