"Mançester Yunayted" PSJ-yə, "Roma" "Porto"ya qarşı

12 Fevral 2019 23:46

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun gününə iki görüş nəzərdə tutulub.

"Roma" İtaliyada "Porto" ilə qarşılaşacaq. Eyni vaxtda start götürəcək digər görüşdə isə PSJ "Mançester Yunayted"in qonağı olacaq.

Qeyd edək ki, bugünkü oyunlardan başlayaraq Çempionlar Liqasında ilk dəfə videotəkrar (VAR) sistemindən istifadə olunacaq.


Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

12 fevral

 

00:00. "Roma" (İtaliya) - "Porto" (Portuqaliya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)




13 fevral

00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Ayaks" (Hollandiya) - "Real" (İspaniya)

Milli.Az