Hər gün limonlu su için

12 Fevral 2019 23:30

Limonun sağlamlığımıza olan faydaları lap qədimlərdən məlumdur. Güclü bir antibakterial və antiviral olması və immunitet sistemini hərəkətə gətirməsi ən vacib xüsusiyyətləri hesab olunur.

Milli.Az axşam.az-a istinadən limonlu suyun digər faydalarını təqdim edir:

Həzmə kömək olur;

İmmunitet sisteminizi gücləndirir;

Enerji verir və ruh halınızı yaxşılaşdırır;

Xəstəlikdən qoruyur;

Nəfəsi təzələyir;

Limfa sistemini su ilə təmin edir;

Artıq çəkidən azad olmağa kömək edir;

Qraciyəri təmizləyir.

Milli.Az