Azərbaycan nefti cüzi ucuzlaşıb

12 Fevral 2019 23:11

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-i 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,42 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,13 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,31 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Milli.Az