Saakaşvili açıqladı: Bu ölkə məhv ola bilər

12 Fevral 2019 23:06

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırki Ukrayna lideri Pyotr Poroşenkonun seçkilərdə qələbəsi halında onun bir dövlət kimi süquta uğrayacağını ehtimal edir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, o bu barədə Almaniya mediasına açıqlamasında deyib.

"Poroşenko başqası ilə dəyişdirilməsə, Ukrayna dövlətini süqut gözləyir. Ölkə çox yerə parçalana bilər".

Saakaşvilinin fikrincə, bütün namizədlərin öz problemləri var və seçkilər Ukrayna dövlətinin ölüm-qalım məsələsinə çevriləcək.

Milli.Az