Kosta məşqlərə başladı

12 Fevral 2019 22:47

"Atletiko"nun hücumçusu Dieqo Kosta əməliyyatdan sonra ilk dəfə ümumi komanda ilə məşqlərə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu yekun tibbi müayinədən keçdikdən sonra onun meydana nə vaxt qayıdacağı bəlli olacaq.

Xatırladaq ki, İspaniya millisinin üzvü ötən ilin dekabr ayında sol ayağının metatarsal sümüyündəki ağrılar səbəbindən əməliyyat oolunmuşdu.

Milli.Az