İçərisində 3,5 milyon avro olan inkassator yoxa çıxdı

12 Fevral 2019 21:21

Fransada içərisində 3,5 milyon avro olan inkassator avtomobili yoxa çıxıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, avtomobildə olan iki xidmətçi pulları banka verib geri qayıdarkən avtomobili yerində görməyiblər.

Bir neçə saat sonra inkasator maşını tapılsa da, içərisindəki 3,5 milyon avro aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az