Qarabağ qazisi faciəli şəkildə dünyasını dəyişdi

12 Fevral 2019 21:14

II qrup Qarabağ müharibəsi əlili Əliyev Müşfiq Sərdar oğlu faciəli şəkildə həlak olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, avtomobil qəzasında dünyasını dəyişib.

Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlilidir.

"Qarabağ qaziləri", "Vətən Müharibəsi Əlilləri" ictimai birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu Qarabağ qazisinin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Milli.Az