"Borussiya"nın London səfəri gecikdi - pasporta görə

12 Fevral 2019 21:11

Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"in qonağı olacaq  "Borussiya"nın London səfəri nəzərdə tutulduğu vaxtda baş tutmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb Dortmun klubunun futbolçusu Jadon Sançonun pasportunu götürməyi unutması olub.

İngiltərəli yarımmüdafiəçi bunu hava limanında bilib və sənədini götürmək üçün evə qayıtmalı olub. Buna görə də Londona uçuş yarım saat gecikib.

Qeyd edək ki, "Tottenhem" - "Borussiya" oyunu sabah keçiriləcək.

Milli.Az